HADİSƏ 20 XƏBƏR

Elman Yaqubov Türkiyədə ölümdən döndü (FOTOLAR)

Türkiyənin Gümüşhanə adlı bölgəsində azərbaycanlı yük maşını sürücüsüölümdən dönüb. 

32gun.az bildirir ki, Şiran-İkisu yolunda hərəkət edən  Azərbaycan vətəndaşı Elman Yaqubovun idarə etdiyi laminat yüklü yük avtomobili qəzaya düşüb.

Sürücünün idarəetməni itirməsi nəticəsində təxminən 50 metr məsafədən dərə yatağına aşıb. Yü maşınındakı laminantlar ətrafa dağılıb. 

Avtomobil isə tamamıilə yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü Elman Yaqubov dəhətli qəzadan yüngül xəsarət alıb. Təcili Tibbi Yardım əməkdaları tərəfindən hadisə yerində ilkin müdaxiləsi edilən E.Yaqubova Gümüşhane Dövlət Xəstəxanasında tibbi yardım göstərilib.

Ayxan

detail-photo-fancybox-1detail-photo-fancybox-2detail-photo-fancybox-3

Loading...

Oxşar Xəbərlər