MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

“Küçədə gördüyü qadını ofisinə dəvət edir” deyilən müğənnidən AÇIQLAMA

Ötən həftələrdə İstanbulda “Etilər” adlanan ərazidə qadınlarla səmimi şəkildə görüntülənən və onları ofisinə dəvət etdiyi iddia edilən Selami Şahin sükutunu pozub.

Uzun müddətdən sonra mətbuat mənsubları ilə görüşən Şahin gərgin tempdə çalışdığını və tezliklə yeni mahnılarının da üzə çıxacağını bildirib:

"Mənə tələ qurdular, təbii ki, belə bir şey yoxdur. Allah böyükdür, ona həvalə edirəm. Bunu kim edib, bilmirəm, məhkəməlik olduq. Mənim paxıllığımı çəkənlər var, onların əməlidir. 
Kameranı və hər şeyi hazırlayıblarmış. Mən sənətkaram və xalqın sevgisi ilə varam. Mənə “salam” verəndə özümdən razı şəkildə danışmıram. Onlar şəkil çəkdirmək istəyəndə də qəbul edirəm. İndi hər şeyi ləğv etmişəm. Çox təvazökar olmayın, onlar belə düşünəcəklər. 
Mən hər şeyi insanların sevgisinə, ürəyinə buraxıram. Belə şey yoxdur. Mən hamı ilə danışıram. 
İndi çox incimişəm, ona görə də daha çox ortalıqda görünmürəm. Mən insanlara qarşı təvazökar olanda gör nə edirlər”.

Qeyd edək ki, müğənni Selami Şahini yolda rastlaşdığı qadınları əlindən tutaraq ofisinə dəvət etdiyi iddia edilmiş, bununla bağlı görüntülər böyük əks-səda doğurmuşdu. 
Ayxan

Qocaman müğənnidən BİABIRÇI HƏRƏKƏT: "Yoldan keçən qadınları ofisinə dəvət edir..." (ŞOK FOTOLAR)

Loading...

Oxşar Xəbərlər