KRİMİNAL

Azərbaycanda sevgililər arasında dava düşdü - Qız oğlanı bıçaqladı

Qaxda keçmiş sevgililər arasında mübahisə olub.

32gun.az xəbər verir ki, rayon sakini Təbriz Qurbanov kafedə ofisiant işləyən keçmiş sevgilisi Q.Mahmudovanın yanına gələrək onun mobil telefonunu götürüb.

Bir neçə saatdan sonra isə T.Qurbanov yenidən obyektə qayıdıb və Q.Mahmudova ilə mübahisə edərək onu döyüb. Qadın isə mübahisə zəminində oğlana bıçaqla xəsarət yetirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, daxil olmuş məlumatlar əsasında Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin olunub və tərəflərin izahatları alınıb.

Loading...

Oxşar Xəbərlər