SOSIAL 20 XƏBƏR

“Stadion işi” ilə bağlı məhkəmə NƏ VAXT KEÇİRİLƏCƏK?

Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun növbəti məhkəmə prosesi iyunun 7-də keçiriləcək.

Bu barədə 32gun.az-a iş üzrə zərərçəkənlərdən birinin vəkili, tanınmış hüquqşünas Aslan İsmayılov məlumat verib.

Onun sözlərinə görə ötən prosesin təxirə salınması Nadir Əliyevin səhhətində yaranmış problemlərlə əlaqədar olub.

Təqsirləndirilən şəxslər ötən proseslərdə bu məsələyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin də məhkəməyə çağırılmasını istəyiblər. Eyni zamanda Aslan İsmayılov bununla bağlı vəsatət qaldırıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, Nadir Əliyevlə Alik Həsənov Bakının Yasamal rayonunda "Məhsul” stadionununu satmaq adı ilə sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib. Adıçəkilən şəxslər Gəncə və Göygöldə də oxşar əməllər törədib. Zərərçəkmişlərdən birinə bu bölgələrdə stadion satıblar. Lakin sonradan stadion həmin şəxsdən geri alınıb. Sahibkara dəymiş zərərin məbləği 800 min dollardır.

Ayxan

Loading...

Oxşar Xəbərlər