SOSIAL

Nazirin rəis təyin etdiyi məşhur idmançı görün kimdir

Daxili işlər orqanlarında kadr təyinatı olub.

32gun.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, dünya çempionu, cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.

O, bu təyinata qədər DİN-in İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində xidmət edib.

Qeyd edək ki, mayın 30-dək Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini Sidney Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinova tuturdu.

Mövlud Mirəliyev: “Çalışacağam ki, yeni işimdə də etimadı doğruldum”  -eksklüziv

Loading...

Oxşar Xəbərlər