DÜNYA 20 XƏBƏR

Sabiq vəzifəli şəxs evində ölü tapıldı

"İYİ Partiya"nın sabiq vəzifəli şəxsi Erhan Bilgin yaşadığı evdə ölü tapılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Bilginin ailəsi məlumat verib. Hadisə yerinə təcili tibbi yardım əməkdaları çağırılıb. İlkin müayinədən sonra Bilginin infarkt keçirərək öldüyü müəyyən edilib.

Respublika Baş Prokurorluğunun araşdırmasından sonra Bilginin cansız bədəni Çaycuma Dövlət Xəstəxanasının morquna aparılıb.

Qeyd edək ki, Erhan Bilgin müxtəlif illərdə "İYİ Partiya"nın Çaycuma rayon sədri, Zonguldak şəhəri üzrə müdiri vəzifələrində çalışıb.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər