DÜNYA 20 XƏBƏR

Rəsmən AÇIQLANDI: Səyahətlərinizi təxirə salın - Yeni virus yayılıb

Körfəz ölkələri vətəndaşlarından Afrika ölkələri Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını istəyib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, buna səbəb sözügedən ərazidə "Marburq" virusunun müşahidə olunmasıdır. 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada belə qeyd edilib:

"“Biz BƏƏ vətəndaşlarına Marburq virusunun müşahidə olunduğu Tanzaniya və Ekvatorial Qvineyaya səyahətlərini təxirə salmağı tövsiyə edirik”.Bəyanatda hazırda Tanzaniya və Ekvatorial Qvineyada olan BƏƏ vətəndaşlarını sayıq olmağa və rəsmilər tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.

Bildirilib ki, Bəhreyn Səhiyyə Nazirliyi Marburq virusu ilə bağlı hadisələri diqqətlə izləyir və Tanzaniya və Ekvatorial Qvineyaya birbaşa uçuşlar olmadığı üçün virusun Bəhreynə keçmə riski azdır.

Ayxan

Loading...

Oxşar Xəbərlər