DÜNYA 20 XƏBƏR

Sevgilisini bıçaqlayaraq öldürüb zibil qutusuna atdı - Meyiti 4 ay sonra tapıldı (FOTO)

Avstraliyanın Melburn şəhərində xəyanət üstündə dəhşətli cinayət törədilib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, Cun San Tan sevgilisinin onu aldatmasından şübhələnib və gənc qadından xəyanət barədə soruşmaq istəyib.

Nahar zamanı cütlük arasında başlayan mübahisə böyüyüb davaya çevrilib. 

Qəzəblənən Tan stolun üstündəki bıçağı götürərək sevgilisi Çjanqın ürəyinə sancıb.Tan hadisə yerində ölən qadının cansız bədənini zibil qutusuna atmağa qərar verib. 

Ertəsi gün səhər Kommunal Birliyin əməkdaşları zibil daşıyan avtomobilllə zibil qutusunu şəhər zibilliyinə aparıblar. Çjanqın cəsədi dörd ay sonra Melburndakı zibillikdə tapılıb.

Çjanqın cansız bədəni zibillikdə tapıldıqdan sonra istintaq çərçivəsində saxlanılan Tan sevgilisini öldürmədiyini və onu çox sevdiyini bildirib. 

Ancaq polis araşdırması nəticəsində Tanın mobil telefonu ilə internetdə "Avstraliyada üfunətli zibilləri necə atmaq olar?" və "Avstraliyada adam öldürməyin cəzası nə qədərdir?" şəklində axtarışlar etdiyi məlum olub. 

İstintaq davam edərkən, Tanın birinci dərəcəli şübhəli kimi mühakimə olunduğu bildirilib.

Ayxan

Sevgilisini kalbinden bıçaklayarak öldürdü! Cansız bedenini çöpe attı... İnternetteki aramaları dehşete düşürdü

1

Loading...

Oxşar Xəbərlər