DÜNYA

Qatarların hərəkəti iflic oldu - Heyvanlara görə

Vyanada lamalar sirkdən qaçaraq qatarların hərəkətini iflic edib.

Heyvanlar dəmir yolu relslərinə çıxıblar. Bu səbəbdən Vyana Mərkəzi Stansiyası ilə Vyana-Meidlinq stansiyası arasında əlaqə kəsilib.

“Şəhər qatarlarının işində kiçik bir fasilənin gülməli səbəbi relslərdəki lamalardır. İndi onlar yenidən sirklərində təhlükəsizdirlər”, - ÖBB dəmir yolu şirkəti Twitter-də bildirib.

Qaçan heyvanların tutulmasına polis və sirk cəlb olunub. 

Loading...

Oxşar Xəbərlər