SOSIAL

Bu prospektdə görüləcək işlə bağlı sürücülərə müraciət

Sabah səhər saatlarından Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 32gun.az-a verilən məlumata görə, sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Görülən işlər zamanı yolda hərəkət məhdudlaşdırılmayacaq.

Loading...

Oxşar Xəbərlər