HADİSƏ

4 tona yaxın narkotik tərkibli bitkilər məhv edildi məhv edildi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 32gun.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Meşəşambul kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 681 kiloqram olan 4022 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Loading...

Oxşar Xəbərlər