HADİSƏ

Ağcabədidə ötmə edən maşın qəza törətdi, ölən var

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Hadisə Hindarx- Hüsülü kənd yolunun Hüsülü kəndi ərazisində keçən hissəsində baş verib. 26 yaşlı Hümbətov Samir Elsevər oğlu Ağcabədi şəhəri istiqamətində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman qəflətən yolun əks tərəfinə çıxaraq qarşıdan gələn 41 yaşlı Səfərov Radil Əli oğlunun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə Samir Hümbətovun sərnişini 24 yaşlı Rzayev Zahir Səxavət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. Lent.az 

 

Loading...

Oxşar Xəbərlər