İDMAN

Azərbaycanı dünyaya tanıdan Polkovnik-leytenantın doğum günüdür

Bu gün "Sərhədçi" Voleybol Klubunun prezidenti, "Sərhədçi" İdman Olimpiya Kompleksinin idman bölməsinin rəisi, polkovnik-leytenant, əməkdar məşqçi, FİLA-nın "Qızıl medalı"nın sahibi  Firdovsi Umudovun doğum günüdür, 45 yaşı tamam olur.

O Azərbaycan idmanına öz töhvəsini verən şəxslərdəndir. 

Umudov kimdir?

Firdovsi Qəminalı oğlu Umudov 5 yanvar 1977-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Uşaq vaxtlarından idmana həvəsi olan F.Umudovun idmançı kimi yetişməsində atasının böyük rolu olub. 

Qazaxlı Pəhləvan sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibidir. 

F.Umudovun 1995-ci ildə Almaniyanın Viten şəhərində sərbəst güləş üzrə Avropa çempionatı zamanı çəkilən görüntüləri

*****

Gənc yaşda keçirdiyi qəza nəticəsində o öz sevdiyi peşəsindən - güləşçi kimi yarışlara çıxmaqdan məhrum olur. Ancaq bu qəza da F.Umudovun ürəyindəki idman sevgisini silə bilmir. 

O bu dəfə idmana məşqçi kimi qayıdır

Çox keçmir ki, 2005-ci ildən Azərbaycanın sərbəst güləş üzrə milli komandasında məşqçi kimi çalışmağa başlayıb. Yetirmələrinin qələbəsi özünün şücayəti ilə o 2009, 2012, 2015– ci illərdə Azərbaycanın "ən yaxşı məşqçi”si adına layiq görülüb.

Firdovsi Umudov: “Bayrağı bu cür yüksəldərlər”

Fəhlə ailəsində böyüyən Umudovu qısa müddət sonra bütün dünya tanımağa başlayır. Bunun nəticəsidir ki, o , 2012-ci ildə isə Dünyanın "ən yaxşı məşqçi”si adına layiq görülür. 

Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi (2007-2008), sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi (2008-2016) kimi fəaliyyət göstərib.

2016-cı ilin noyabrından -2018-ci ilə kimi sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi olub. 

2018-ci il yanvarın 11-də Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti təyin olunub.

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi  Umudovu doğum günü münasibətilə təbrik edirirk | QAZAX

Ölkə başçısının göstərdiyi etimad və NƏTİCƏ

Firdovsi Umudovun Azərbaycan idmanına verdiyi töhfələr ölkə başçısı cənab İlham Əiyev tərəfindən də qiymətləndirilib. Belə ki, idman ustası və əməkdar məşqçi F.Umudov ölkə başçısı tərəfindən “Şöhrət” ordeni (2012), “Tərəqqi” medalı (2016) və Azərbaycan Respublikası prezidentinin Fəxri Diplomu (2015) ilə təltif edilib. 

Heydər Əliyev 18 yaşımda məni qəbul etmişdi” — Firdovsi Umudov

DSX zabiti

F,Umudov həmçinin Dövlət Sərhəd Xidmətinin zabitidir, polkovnik-leytenantıdır. 

VİRTUAL AZƏRBAYCANFirdovsi Umudov 2015-ci ildə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən polkovnik-leytenant hərbi rütbəsi ilə təltif olunub. Eləcə də  F.Umudov həm də "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisidir. 

2017-ci il iyunun 7-də "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib.

Onu da qeyd etmək yerinə düşər ki müharibə başlayandan o da digər hərbçilər kimi müraciət edib və təlimlərə qatılıb. DSX-nin rəisi Elçin Quliyevin rəhbərliyi altında təlimlərdə iştirak edib. O "Özümü xoşbəxt hiss edirəm ki, idmançı kimi, zabit kimi o təlimlərdə oldum, vətənə xidmət eləməyə çalışdım” deyə bildirib. 

Həmçinin polkovnik-leytenant Umudov  müharibə vaxtı ön cəbhəyə gedib,  azad olunmuş torpaqlarımızda rəşadətli Azərbaycan sərhədçilərinə bayraq təqdim edib. 

Firdovsi Umudov Qarabağda qəhrəman sərhədçilərə bayraq təqdim etdi »  Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Hansı ki, Firdovsi Umudov müharibədən öncə “Real TV”dəki müsahibələrinin birində üzərində daşıdığı bayrağı nümayiş etdirərək “Bu bayraq Qarabağ torpaqlarında dalğalandırılacaq” deyə vurğulamışdı.

***

Firdovsi Umudov bir neçə gün öncə "Sərhədçi" Voley Klubunun prezidenti seçilib. 

 

 

Loading...

Oxşar Xəbərlər