MƏDƏNİYYƏT - ŞOU

"Bir qarın yeməyə..." - Tolik blogerləri belə tənqid etdi

Aparıcı, prodüser Tarix Əliyev müğənnilərə səslənib.

O, dostlarının keçirdikləri konsertlərin anonsunu paylaşmasını istəməsinə əsəbiləşib. Tolik eyni zamanda blogerləri tənqid edib:

"Buradan bəzi dostlarıma, tanışlarıma deyirəm: mənə dəqiqədə bir kiminsə haradasa keçiriləcək konsertinin reklamını atmayın. Bəzi blogerlər kimi bir qarın yeməyə restorana getmirəm, gedib orada artıqda qalan masalarda oturmuram. Ona görə də ölkədə blogerlərin 90 faizi artıq ailəvi bir qarın yeməyə səyfələrində post eləyirlər. Mənə nə bilet, nə də orada masa lazımdır. Sfera.az

Loading...

Oxşar Xəbərlər