SİYASƏT

Azərbaycan Ermənistana hücum edəcək? — Hikmət Hacıyevdən mühüm açıqlama

"Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisində heç bir hərbi məqsədi və ya hədəfi yoxdur, bu, Azərbaycanın gündəmindən tamamilə kənardır".

32gun.az
 Reuters-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçi Hikmət Hacıyev bildirib.

O, rəsmi Bakının ancaq Ermənistan vasitəsilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmaq istədiyini və bunun hər iki ölkə və daha geniş region üçün faydalı olacağını deyib.

"Bizim Ermənistana təklifimiz sülh yolu ilə birləşdirici xətlərin, nəqliyyat xətlərinin qurulmasıdır", - deyə H. Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa rəsmiləri ilə danışıqlardan sonra danışarkən vurğulayıb.

Loading...

Oxşar Xəbərlər