İDMAN 20 XƏBƏR

Olimpiya Komitəsi hərəkətə keçdi- Rusiya güləşçisinin vətəndaşlıq alması üçün

Rusiyalı güləşçi Georgi Okorokov Avstraliya hökumətinin Paris Olimpiadasında iştirak etmək üçün vətəndaşlıq almaq prosesini sürətləndirməyə qərar verdiyi üç idmançı arasında yer alıb.

32gun.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Yakutiyadan olan Okorokov yeniyetmələr arasında 2016-cı ilin Avropa çempionudur və 2017-ci ildən Avstraliyada yaşayır. Ötən il sərbəst güləşçi Avstraliya çempionluğunu qazanıb və dünya çempionatında onuncu yeri tutub.

"Onun istedadı "Wrestling Australia" tərəfindən tanınıb və o, yerli güləşçilərin keyfiyyətini yaxşılaşdırmağa kömək edərək, onların uğurlu komandasının bir hissəsidir", - Avstraliya Olimpiya Komitəsi bildirib.

Okorokovdan başqa, cənubi afrikalı kanoeçi Pierre Van der Westhuizen və amerikalı su polosuçu Sam Slobodien sürətləndirilmiş sxem üzrə vətəndaşlıq almalıdır.

Ayxan 

 

Loading...

Oxşar Xəbərlər