İDMAN 20 XƏBƏR

Furynin keçmiş UFC çempionundan daha ağır olduğu ortaya çıxıb

Dünya Boks Şurasının (WBC) ağır çəki dərəcəsində dünya çempionu Tayson Fyuri keçmiş UFC çempionu Frensis Nqannoudan ilə döyüşə hazırlaşır.

32gun.az xəbər verir ki, bu gün idmançıların çəki ölçmə prosesi baş tutib. Məlum olub ki, Fyuro daha ağırdır. 

Fyurinin çəkisi 125,6 kq, Nqannounun çəkisi 123,4 kq olub. 
Qryd efək ki, Fyuri və Nqannu arasında boks döyüşü oktyabrın 28-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. Bu döyüş titul döyüşü olmayacaq.

 35 yaşlı Fyuri peşəkar rinqdə keçirdiyi 34 döyüşdə 33 qələbə qazanıb. O 2018-ci ildə amerikalı Deontey Uaylderlə döyüşdə bir heç-heçə əldə edib. 
37 yaşlı Nqannou sonuncu dəfə ötən ilin yanvarında UFC-də fransalı Siril Qanı yekdil qərarla məğlub edərək döyüşüb. Daha sonra yeni müqavilə ilə razılaşmadan yüksəlişi tərk edib. 

Ayxan 

Loading...

Oxşar Xəbərlər