KRİMİNAL

Lotu Qulini heç belə görməmişdiniz (FOTO)

Azərbaycanlı qanuni oğru, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun  Türkiyə bayrağı fonunda fotosu yayılıb. 

Maqa Marneulski adlı müəllifin paylaşdığı fotoda Lotu Quli rəsmi geyimdədir. Onun geyimi və fotonun çəkildiyi məkanın interyeri onun  hansısa mərasimdə çəkildiyini söyləməyə imkan verir. Xatırladaq ki, Lotu Quli 2020-ci ilin avqustunda Türkiyədə qətlə yetirilib.O, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir.  O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Cebhe.info

Loading...

Oxşar Xəbərlər