EKONOMİKS

Geyim və ayaqqabılar bahalaşıb, mobil telefonlar ucuzlaşıb

2021-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7%, əvvəlki ilin dekabr ayına nisbətən 107,7% təşkil edib.

Bu barədə 32gun.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox artım minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, noutbukların, geyim və ayaqqabıların, azalma isə əsasən kəsilmiş taxtaların və mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Loading...

Oxşar Xəbərlər