KRİMİNAL

Gəncədə öldürülən qadın görün kim imiş - Tanınmış şəxsdir

Bu gün səhər saatlarında Gəncədə törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, saat 7 radələrində Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbədə binanın önündə öldürülən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış və Gəncəyə gələrək ögey bacısını qətlə yetirib.

Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib. H.Abbasovun daha əvvəl məhkumluq həyatı yaşadığı bildirilir.

Loading...

Oxşar Xəbərlər