DÜNYA 20 XƏBƏR

ABŞ İsrailə hərbi arsenallarına məhdudiyyətsiz giriş imkanı verməyi planlaşdırır

ABŞ rəhbərliyi İsrail Müdafiə Qüvvələrinə onun silah anbarlarına məhdudiyyətsiz giriş imkanı verməyi planlaşdırır.
32gun.az xəbər verir ki, bu barədə WION telekanalı məlumat yayıb.

Bildirilir ki,  Vaşinqtonun bu təşəbbüsü artıq Konqresə əlavə büdcə tələbinə daxil edilib.

Xatırladaq  ki, ABŞ silahlı qüvvələrinin ən böyük hərbi arsenalları İsrail ərazisində yerləşir. Bu anbarlar hələ ötən əsrin 80-ci illərində regionda münaqişələr zamanı ehtiyat kimi formalaşıb.

Daha əvvəl bildirilmişdi ki, amerikalı senatorlar gələn bazar ertəsi, dekabrın 4-də dövlət başçısı Co Baydenin Ukrayna, İsrail və digər milli təhlükəsizlik məqsədləri üçün yardım paketi sorğusuna səs verəcəklər.

Eyni zamanda məlum olub ki, Amerika lideri Co Baydenin kabinetində onun bütün prezidentliyinin ən çətin böhranlarından birinə çevrilən İsrail və Fələstin münaqişəsi ilə bağlı fikirlərdə iki düşərgəyə parçalanıb.

Ayxan

Loading...

Oxşar Xəbərlər