DÜNYA

Hərbi komissarlığı partlatmaq istəyən şəxs saxlanıldı

Rusiyada FTX əməkdaşları Voronejdə hərbi komissarlığı partlatmaq istəyən şəxsi saxlayıblar.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Xidmət 1986-cı il təvəllüdlü rusiyalının terror aktı hazırlayarkən saxlanıldığını bildirib. Məlumata görə, o, "Ukrayna terror təşkilatlarından birinin yaraqlıları" tərəfindən işə götürülüb. Onların tapşırığı ilə o, şəhər hərbi komissarlığının ərazisində əldəqayırma partlayıcı qurğunu işə salmağı, sonra isə Ukraynaya getməyi planlaşdırıb.

O, hazırda həbsdədir. Faktla bağlı bir neçə maddə, o cümlədən “Terror aktına hazırlıq” maddəsi ilə cinayət işi açılıb.Unikal

Loading...

Oxşar Xəbərlər