DÜNYA

Kriminal avtoriteti maşınında güllələdilər

Ermənistanın Vanadzor şəhərində kriminal avtoritet qətlə yetirilib. 

"32gun.az" xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, öldürülən şəxs 39 yaşlı Vanadzor sakini Arman Perixanyandır.

Belə ki, ünvana gələn polis əməkdaşları hadisə yerində 20-dən çox patron, həmçinin 15-dən çox güllə izi olan “Ford Fusion” markalı avtomobil aşkar ediblər. Avtomobilin içərisindən də kişi meyiti tapılıb.  Arman Perixanyanı öldürməkdə  şübhəli bilinən Vanadzor sakini, 28 yaşlı Karen Piloyan Taron saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanıb. Xatırladaq ki, bu il sentyabrın 2-də Vanadzorda şəhərin yerli məşhur mağazalarından biri atəşə tutulub. Nəticədə iki qadın xəsarət alıb. Qurbanlardan biri öldürülən Perixanyanın həyat yoldaşı olub. Unikal

Loading...

Oxşar Xəbərlər