SOSIAL 20 XƏBƏR

“Azərsun Holdinq”lə bağlı nə baş verir – Son dövrlər şirkətin sorağı məhkəmələrdən gəlir

Qida sənayesində aparıcı şirkətlərdən olan “Azərsun Holdinq” məhkəmə çəkişmələrindən qurtula bilmir. 

32gun.az xəbər verir ki, son bir neçə ay ərzində “Azərsun Holdinq” və onun törəmə şirkətlərinə qarşı xeyli sayda məhkəmə iddiası qaldırılıb. 

“Azərsun Holdinq”lə bağlı nə baş verir – Son dövrlər şirkətin sorağı məhkəmələrdən gəlir
“Azərsun Holdinq”lə məhkəmə çəkişməsində olanların bəziləri tanınmış şirkətlərdir. 
Məsələn, Azərbaycanda sement istehsalçısı olan “Holcim” şirkəti Şirkətlər Qrupunun layihəsi olan “Xəyal Adası”MMC-ni məhkəməyə verib. 
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC 14 166 manat borc pulun silinməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı baxılmamış saxlayıb. 
İddialara görə bu mübahisə hələ də davam edir. 
“Azərsun Holdinq”lə bağlı nə baş verir – Son dövrlər şirkətin sorağı məhkəmələrdən gəlir
Məlumat üçün deyək ki, məhkəmə çəkişməsi bu ilin may ayına təsadüf edib. 
Bundan başqa, vətəndaşlar Hüseynov Əli Polad oğlu və Hüseynov Ramil Əli oğlu “Azərsun Holdinq”in məhkəməyə verib. Onların iddia tələbi maddi ziyanın ödənilməsi ilə bağlı olub. 
Bu işin nəticəsi barədə açıq mənbələrdə məlumat yoxdur. 
İddia olunur ki, “Azərsun Holdinq”in məhkəmə çəkişmələrinə cəlb edilməsi mövcud idarəetmə ilə bağlıdır. 
“Azərsun Holdinq”lə bağlı nə baş verir – Son dövrlər şirkətin sorağı məhkəmələrdən gəlir
Şirkətdə son illər idarəetmə əvvəlki səviyyədə deyil. Bu da “Azərsun Holdinq”in əməkdaşlıq etdiyi şirkət və qurumlarla münasibətlərinə xələl gətirib.

“Azərsun Holdinq” uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir. Qida sənayesində əhəmiyyətli payı var. Yəni, kifayət qədər ciddi şirkətdir. Amma davamlı olaraq məhkəməyə verilməsi, müqavilə öhdəliklərinə əməl edilməməsi hallarının artması şirkətin ciddiyyətinə də xələl gətirib.
“Azərsun Holdinq” 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 127 626 666, 67 AZN-dir. Şirkətin qanuni təmsilçisi Mehmet Savaş Uzandır. 
Holdinqin sahibi kimi isə Abdolbari Gözəlin adı çəkilir.

Ayxan 

“Azərsun Holdinq”lə bağlı nə baş verir – Son dövrlər şirkətin sorağı məhkəmələrdən gəlir

Loading...

Oxşar Xəbərlər