DÜNYA 20 XƏBƏR

Şəhərdə manyak peyda olub? - Bir gecədə iki nəfəri…

Norilskdə bir gecədə iki sakin hücuma məruz qalıb .

32gun.az xəbər verir ki, bu barədə "Tsargrad" məlumat yayıb.

İlkin məlumata görə, naməlum şəxs bıçaqla iki nəfərə hücum edib.

İlk hadisə 45 yaşlı kişi ilə olub, evin yaxınlığında naməlum şəxs onu görüb, daha sonra bıçaqla onun kürəyinə bir neçə bıçaq zərbəsi endirib. Elə həmin gecə 65 yaşlı qadın oxşar xəsarətlərlə xəstəxanaya müraciət edib. Hər iki hadisə o qədər gözlənilməz olub ki, qurbanlar hücumun təfərrüatlarını xatırlaya bilməyiblər. 
Polis hadisələrlə bağlı araşdırmalara başlayıb və hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində fəal iş aparır. Ancaq qaranlıqda və arxadan həyata keçirilən hücumların xarakterinə görə, ərazidəki təhlükəsizlik kameralarının  görüntülərindən təcavüzkarın kimliyini müəyyən etmək çətin işə çevrilib.

"Tsarqrad"ın hüquq-mühafizə orqanlarındakı mənbəsi manyakın olması ilə bağlı məlumatı təkzib edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, hazırkı hücumlar heç bir əlaqəsi olmayan təcrid olunmuş hadisələr hesab olunur.

Nilay

 

Loading...

Oxşar Xəbərlər