SOSIAL 20 XƏBƏR

Rəcəb Babaşovun baş çəkdiyi şirkət görün kimindir - Atası nazir müavini olub

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Xanlıqlar kəndində fəaliyyət göstərən “Correcto” MMC-nin müəssisəsində olub. 

32gun.az xəbər verir ki, icra başçısı müəssisənin fəaliyyəti ilə maraqlanıb.

Məlumat üçün deyək ki, “Correcto” MMC maye halda qablaşdırılmış soyuq qəhvə istehsalı ilə məşğuldur.

Əlbəttə Rəcəb Babaşov rayon rəhbəri kimi Qazaxda fəaliyyət göstərən müəssisələrə baş çəkə bilər. Bununla bağlı hər hansı iradımız yoxdur. 

Amma bu barədə icra hakimiyyətinin saytında yerləşdirilən məlumatda sezilir ki, Rəcəb Babaşovun bu şirkətə xüsusi simpatiyası var. Bu da şirkətlə bağlı müəyyən şübhələrə yol açır. 

“Correcto” MMC 3 mart 2022-ci ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Əmircan Teymur Əmircan oğludur. 

Teymur Əmircan eyni zamanda “Correcto” MMC-nin direktoru vəzifəsində çalışır. 
O, nazir müavini olmuş Əmircan Əmircanovun oğludur.

Əmir Əmircanov 17 iyun1994-cü ildən 12 aprel 1996-cı ilə kimi iqtisadiyyat nazirinin birinci müavini vəzifəsində çalışıb. 
Teymur Əmircan isə vaxtilə Dövlət Gömrük Komitəsində işləyib. 
Əmircan Əmircanovun digər oğlu Rəşad Əmircanov isə Xüsusi Dövlət Mühafizə Xidmətin çalışıb. Bu barədə Əmircan Əmircanov barəsindəki bioqrafik məlumatlarda da qeyd edilib. 

Ehtimal olunur ki, Rəcəb Babaşovun “Correcto” MMC-yə xüsusi simpatiyasının kökündə onun Teymur Əmircanla biznes ortağı olması dayanır.

Ayxan

Loading...

Oxşar Xəbərlər