DÜNYA 20 XƏBƏR

Orenburqda xəbərdarlıq sireni əhalini təşvişə saldı

Orenburqda bazar ertəsi səhəri sirenlərin gözlənilməz uğultusu ilə başlayıb.

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, bazar ertəsi, dekabrın 4-də səhər saatlarında Orenburq sakinləri çalan həyəcan siqnalından qorxublar. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Orenburq vilayəti üzrə Baş İdarəsi şəhər əhalisini sakitləşdirib və həyəcanın səbəbini izah edib.

Sirenlər yerli vaxtla səhər saat 9 radələrində çalmağa başlayıb. Lakin məlum olub ki, rayon mərkəzində qeyri-adi heç nə baş verməyib. Bütün bunlar ötən gecə bölgənin şərqini və Orenburqda yağan şaxtalı yağışla bağlıdır.

Buna görə elektrik təchizatında nasazlıq yaranıb və bu, ictimai xəbərdarlıq sisteminin sirenlərinin avtomatik işə salınmasına səbəb olub.

Nilay 
 

Loading...

Oxşar Xəbərlər