MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

Almaniyadan olan reper Rusiya vətəndaşlığını alıb

Reper  Schokk Almaniyadan köçəndən bir il sonra Rusiya vətəndaşı olub.

32gun.az Rusiya KİV-nə istinadən biıdiror ki, əsl adı Dmitri Ginter olan "Schokk" kimi tanınan reper Almaniyadan köçüb siyasi sığınacaq istəməsindən bir il sonra Rusiya vətəndaşlığını aldığını açıqlayıb.

Məlumatda qeyd edilib ki, noyabr ayında Ginther Rusiyayönlü mövqeyinə və Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəklədiyinə görə ona qarşı cinayət işi açıldıqdan sonra Rusiyadan siyasi sığınacaq üçün müraciət edib.

Musiqiçi özü bildirib ki, Rusiya pasportu ona cəmi bir neçə gün əvvəl verilib.

2023-cü ilin may ayında Schokk, Flacon sənət məkanında Urban klubunda baş tutan konsertə Rusiya bayrağını gətirməsinin qadağan edildiyini bildirib.

Nilay

Loading...

Oxşar Xəbərlər