SOSIAL

SON DƏQİQƏ! Operativ Qərargah vacib 2 məlumatı əhaliyə çatdırdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 629 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610605 nəfər müalicə olunaraq sağalıb, 8564 nəfər vəfat edib, aktiv xəstə sayı 10183 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9116, ötən müddət ərzində isə ümumilikdə 6037787 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 26784. vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2651, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21514 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11756566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5208739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4723586, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1824241 təşkil edir.

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat a görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 784 vaksin vurulub. 

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 651, “buster” doza üzrə isə 21 514 vaksin vurulub.

Qeyd edilib ki, Vurulan vaksinlərin ümumi sayı 11 756 566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 208 739, ikinci mərhələ üzrə 4 723 586 nəfər təşkil edir. Ümumilikdə isə 1 824 241 “buster” doza vurulub.

 

Loading...

Oxşar Xəbərlər