İDMAN

Millimiz FİFA reytinqində irəlilədi

FİFA qadın futbolçulardan ibarət yığmaların yeni reytinq cədvəlini açıqlayıb.

"32gun.az" xəbər verir ki, siyahıda Azərbaycan millisi mövqeyini yaxşılaşdırıb.

Millətlər Liqasında B divizionuna yüksələn Siyasət Əsgərovun komandası iki pillə irəliləyib. Hesabında 1305,48 xalı olan yığmamız 76-cı yerə yüksəlib.

Cədvələ İspaniya başçılıq edir. Onlar 2066,5 əmsala malikdirlər. İkinci yerdə ABŞ (2045,12) qərarlaşdığı halda, “üçlüy”ü Fransa (2021,69) qapayır.

 

Loading...

Oxşar Xəbərlər