İDMAN

Naxçıvan DTX-nin rəisi federasiya sədri SEÇİLDİ (FOTO)

Naxçıvan Muxtar Respublikası Karate-Do Federesiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

32gun.az xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı bildirib ki, 2002-ci ildə yaradılan federasiyanın Culfa rayonu istisna olmaqla bütün şəhər və rayonlarda bölmə və qrupları fəaliyyət göstərir. Hazırda 22 qrupda 575  idmançı karate ilə məşğul olur. Karateçilərin ölkə, beynəlxalq, Avropa və dünya səviyyəli yarışlarda iştirakı təmin edilib, nəticələrə əsasən karateçilərimiz Azərbaycan birinciliklərində 20, beynəlxalq turnirlərdə 8, Avropa çempionatlarında 1, dünya çempionatlarında 7 medal olmaqla, ümumilikdə 36 medal qazanıblar.

Federasiyanın sədr müavini Nəriman Quliyev ötənilki fəaliyyət barədə ətraflı məlumat verib.

Hesabat-seçki yığıncağında federasiyanın yeni sədri Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov ictimaiyyətə təqdim olunub.

Nurlan Pənahov qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb.

Göstərilən etimada görə minnətdarlığını bildirən Nurlan Pənahov Karate-Do Federasiyasının muxtar respublikada karatenin inkişafı istiqamətində sistemli tədbirlər görəcəyini qeyd edib, bu istiqamətdə səylə çalışacaqlarını vurğulayıb. 

Loading...

Oxşar Xəbərlər