İDMAN

Cahangir Əsgərovun AAAF-dakı BİABIRÇILIĞI! Nazirliyin nizamnaməsini niyə pozur?

Azərbaycan Ağır Atletika Federasyasında problemlər davam edir. 

Uzun müddətdir başı doppinqlə dərtdə olan federasiya bu dəfə başsız qalıb. Hesabat-seçki konfransı ötən ilin sonlarında baş tutmalı olsa da pandemiya üzündən 1 il gecikib.  
Hətta federasiya rəhbərliyi bir neçə ay öncə son açıqlamasında hesabat seçki konfransının sentyabrda baş tutacağı ilə bağlı məlumat versə də bu yenə baş tutmadı.
Bu durum da ağır atletika üzrə mütəxəssislərinin haqlı narazılığına səbəb olur. Çünki onların fikriincə Azərbaycanda ağır atletika idman növü silinmək üzrədir. 

32gun.az-ın əldə etdiyi məlumata görə, Milli Olimpiya Komitəsi Federasiyalara məktub ünvanlayıb. Sözügedən məktubda bildirilib ki, noyabrın 15-dək seçkinin nəticələrini onlara təqdim olunmalıdır. Həmçinin Beynəlxalq tədbirlərdə çıxışı üçün iki namizəd seçilməli və onların adları MOK-a təyin edilməlidir. 

Narazı mütəxəssislər əsas tələbi Ədliyyə Nazirliyinin nizamnaməsinə uyğun olaraq hesabat-seçki konfransının keçirilməsidir. Bu baş tutmazsa Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş nizamnamənin tələbləri pozulur. 

Ancaq mütəxəssilər bu məsələlərinin noyabrın 15-dək tamamlanmasına da ümidsizdirlər. Çünki rayonlara məktublar göndərilməli, oradakı məşqçi, idmançı kvotaları üçün yerlər də müəyyən olunmalıdır.  Bunlar mümkün olmadığı təqdirdə Azərbaycanda Ağır Atletika Federasiyası daha 4 il fəaliyyətsiz qalacaq. 

Məktubların bölgələrə göndərilməməsinə  səbəb  federasiyada səlahiyyətli şəxslərin olmamasıdır. 

Çünki AAAF-ın rəhbəri Cahangir Əsgərovun federasiyadakı səlahiyyəti ötən ilin dekabr ayında rəsmən başa çatıb. Sözügedən qrumdan nə rəhbər var nə digər rəhbər postlar... 
Ən dəhşət məqam isə qurumun uzun illərdir nizamnaməsinin gizli saxlanılması, bu barədə rəsmi saytda məlumat yerləşdirilməməsidir. 

Hesabat-seçki Konfransı keçirilmədiyi üçün idmançılar və mütəxəsislər beynəlxalq yarışlardan uzaq düşüblər. 

AAAF avqustda Polşada keçirilən yeniyetmələrin Avropa Biricliyinə, sentyarda Finlandiyadakı gənclər üzrə Avropa Çempionatına, oktyabrda Ciddədə baş tutmuş yeniyetmələr üzrə dünya birinciliyinə nə idmançı, nə də hakim göndərə bilməyib. 

Dekabr ayında Daşkənddə Dünya çempionatı baş tutuacaq. Ancaq bu problemlər üzündən Azərbaycanın adı həmin yarışda səsləndirilməyəcək. 

Eyni zamanda Daşkənddə Beynəlxalq Ağır Atletika Federasiyasına prezident seçkiləri baş tutmalıdır. Burada da hər bir ölkənin federasiyasının nümayəndəsinin iştirakı mütləqdir. Üzücü tərəf ondadır ki, Azərbaycandan heç kim orada iştirak edə bilməyəcək. Bu problemin də əsas səbəbi başsız qalan federasiyadır.

Ölkə başçısı cənab İlham Əliyev yeni gənclər və  idman naziri Fərid Qayıbovu videoformatda qəbul edərkən federasiyaların durumuna toxunmuş və bunun üçün idman qurumlarında  peşəkar mütəxəsislərin çalışması gərəkdiyini vurğulamışdı. 

Loading...

Oxşar Xəbərlər