DÜNYA

Ukrayna Təhlükəsizlik qüvvələri hücuma hazırlaşır

Ukrayna təhlükəsizlik qüvvələri Donbasda hücuma hazırlaşır.

32gun.az xəbər verir ki, bu barədə Qondarma Donetsk Xalq Respublikası Milis idarəsi məlumat verib. Belə ki, Ukrayna təhlükəsizlik qüvvələrinin 58-ci motoatıcı briqadalarında bütün şəxsi heyətin məzuniyyətləri dayandırılıb, komandirlərin müvəqqəti yerləşdirmə məntəqələrini tərk etməmək barədə göstəriş verilib.

Sürücülər və topçular vaxtından əvvəl xəstəxanalardan çıxarılırlar. Tank batalyonlarında silah və hərbi texnikanın hazırlanmasına nəzarət etmək, döyüş sursatı və yanacağın doldurulmasını yoxlamaq üçün briqadanın qərargahından komissiyalar gəlib.

Loading...

Oxşar Xəbərlər