KRİMİNAL

Rusiyada 17 yaşlı azərbaycanlı SAXLANILDI - VİDEO

Rusiyanın Belqorod şəhərində yoldan keçənlərə hücum edən yeniyetmələrdən ibarət qrup polis tərəfindən saxlanılıb. 

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, altı nəfərdən ibarət olan dəstənin dördü azyaşlıdır. Hazırda dəstənin bir yetkin üzvü axtarışdadır.

Saxlanılan şəxslərdən biri  də Amil Qafarov adlı 17 yaşlı azərbaycanlıdır.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Milli mənsubiyyət zəminində nifrət və ya düşmənçiliyin salınması”, “Bir qrup şəxs tərəfindən milli ədavət zəminində adam öldürməyə cəhd” və “xuliqanlıq” maddələri ilə cinayət işi başlanıb.

Cinayətdə əli olan hər kəsin axtarışı və istintaqı davam edir.

Loading...

Oxşar Xəbərlər