EKONOMİKS

Bankların vəziyyəti: Öhdəlikləri 1 ayda 3 milyard artıb, şöbələri bağlanıb

Azərbaycanda bank sektorunun 2021-ci il dekabrın 31-i tarixinə maliyyə vəziyyəti məlum olub.

32gun.azÖlkə.Az-a istinadən xəbər verir ki, bank sektoru ötən ili 609 mln manat xalis mənfəətlə başa vurub Bu isə 2020-ci ilin sonu ilə müqayisədə 7,3% çoxdur.

Bank sektorunun cəmi aktivləri 38 462,2 mln manat təşkil edib ki, bu da illik müqayisədə 20%, aylıq müqayisədə 8% çoxdur.

Banklar tərəfindən müştərilərə verilmiş kreditlərin həcmində də artım müşahidə olunub. Belə ki, bank sektorunun kredit portfeli 2020-ci ilin yekunu ilə müqayisədə 17,7%, noyabr ayı ilə müqayisədə 2,3% artaraq 16 659,1 mln manat təşkil edib.

Sözügedən dövrə banklarda yerləşdirilən depozitlərin həcmi 26 938,3 mln manat olub ki, bu da 2020-ci ilin sonu ilə müqayisədə 30%, noyabr göstəriciləri ilə müqayisədə 8,9% çoxdur. Cəmi öhdəliklər isə illik müqayisədə 6 136,8 mln manat və ya 22,4%, aylıq müqayisədə 2 860,5 mln manat və ya 9,3% artaraq 33 492,9 mln manat olub. 

Bank sektorunun cəmi kapitalı illik müqayisədə 5,7% artım, aylıq müqayisədə isə 0,1% azalma nümayiş etdirib və ötən ilin dekabrın 31-nə 4 969,3 mln manat təşkil edib.

Bank filiallarının sayı illik müqayisədə 24 ədəd və ya 5,3% artaraq 479-a, bank şöbələrinin sayı isə 12 ədəd və ya 11% azalaraq 97-ə bərabər olub. Bank ATM-lərinin sayında da artım müşahidə olunub. Belə ki, il ərzində bankomatların sayı 7,1% artaraq 2907 ədədə çatıb.

Bank sektorunda çalışanların sayı 2020-ci ilin yekunu ilə 1621 nəfər və ya 8,7% artaraq 2021-ci il dekabrın 31-nə 20 329 nəfər təşkil edib.

Loading...

Oxşar Xəbərlər