DÜNYA

İstanbulda güclü qar səbəbiylə ictimai nəqliyyatda sıxlıq yarandı (YENİLƏNİB)

İstanbulda yağan qar səbəbiylə ictimai nəqliyyatda sıxlıq yaranıb.

32gun.az "Milliyet"ə istinadən xəbər verir ki, axşam saatlarında yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Belə ki, şəxsi avtomobilləri ilə yola çıxa bilməyənlər ictimai nəqliyata üstünlük veriblər. Bu da istər nəqliyyatın hərəkərində, istərsə də dayanacaqlarda sıxlığın yaranmasına səbəb olub.

*** 21:18

Güclü qar səbəbiylə bir sıra avromagistrallar vasitəsilə İstanbula giriş dayandırılıb.

Bu barədə Türkiyənin Avtomobil Yolları İdarəsi məlumat verib.

Məlumata görə, Anadolu və Trakyadan İstanbula giriş qadağan edilib.

Vəziyyətlə əlaqədar bütün nəqliyyat vasitələrinin Anadoludan İstanbula gələrkən Bursa, Yalova, İzmit, Kocaeli, Sakarya və Düzcedə müvafiq yerlərdə saxlanılacağı bildirlib.

Həmçinin, vətəndaşlara məcburi hallar istisna olmaqla, İstanbul istiqamətində yola çıxmamaları barədə xəbərdarlıq edilir.

Mənbə: “Haber Global”

Loading...

Oxşar Xəbərlər