HADİSƏ

Ələt-Astara yolunda DƏHŞƏTLİ QƏZA - “Mercedes” TIR-ın altına girdi - VİDEO

Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Yağışlı hava şəraitində manevr edən “Mercedes E Class” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə ötmə əməliyyatı edən avtomobil sağ tərəfdə hərəkətdə olan ağırtonnajlı yük maşını TIR-a çırpılıb. Avtomobilin sağ tərəfi yük maşınının alt hissəsinə toxunub və yarıaşmış vəziyyətdə qalıb.

Xoşbəxtlikdən hadisə nəticəsində ciddi xəsarət alan olmayıb./Referans.az 
 

Loading...

Oxşar Xəbərlər