HADİSƏ

Magistral yolda 14 yük avtomobilinin qəzaya düşməsində kimdir günahkar? - VİDEO

Yanvarın 27-si gecə saatlarında  -1 dərəcə şaxta Bakı -Ələt- Qazax -Gurcüstan avtomagistralı avtomobillərin qəzası ilə diqqət çəkib.

Ağstafa rayonunun ərazisində konkret olaraq magistral yolun Qarahəsənli kəndinin ərazisindən keçən hissəsində 14 yük maşının zəncirvari qəzaya dücar olması yolun bağlanmasi ilə nəticələnib.
Daha sonra buzlu yolda Rayonun təcili tibbi yardım maşınınfa çağrışa gedərkən idarəetmədən çıxaraq dəmir hasara çırpılıb.

Daha sonra Qırlı kəndinin ərazisində minik maşını buzda sürüşərək beton maneələrə çırpılıb.

Maraqlıdır Azəravtoyolun əraziyə baxan xidmət edən  əməkdaşlari harda ölüblərki əsasəndə körpulərin buz örtüyunə qərq olması nəzarətsiz qalır.

Axı bu qədər sürücünun gunahı nədir ki  İşbilməzlərin  işini yaritmamasi səbəbindən  insan həyatını itirir yadaki malına mülkunə zarar dəyir. Bəyəm onları evlərində ailəsi gözləmir. Bəs bu qurum dövlət büdcəsini niyə talayır ?
İl ərzində bir dəfə hava şəraitinin pis olduğu gün yollarda yox bir neçə metr olan körpülərə cəhənnəm duz əvəzinə qum töksələr bu qədər linc vəziyyət yaranmazdı.
Bir gün işləməyən  "Azəravtoyol"un bu  qurumu illər ərzində havayı maaş alaraq.
Sanki avtopilotdadır. Qısa bir araşdırma apardım
Belki saat 5dən yüngül qar yağdı. 2 saat sonra havada -1 dərəcə şaxta yarandı nəmli yollar buzladı . Saat 11 də məlum 14 tır yolda qəzaya uğradı yol bağlandı, amma bu vaxta qədər "Azəravtoyolu""un bu ərazilərə baxan əməkdaşlari gözə dəymədi.
Təcili yardım avtomobili də qəzaya düşdü, yenə də yola nəzarət görunməyib .

Sonda 12 də qirlida minik maşıni körpüdə qəzaya uğradı, yenə də yola  xidmət edən yol işciləri görunmədi.
Amma kiminsə yuxudan ayılan Ağstafada az qalır bütün körpulərdə qəza var  deməsindən sonra saat 02.20 də  bir kiçik yük maşını Qərlıda peyda olur.
 O da jurnalist Rəşad Əlisgəndərovun çəkiliş apardığını görüb qum səpmək əvəzinə qaçıb. Yük avtomobilini sürüb aradan çıxıb. Sürücü  o qədər sürətli sürüb ki, əli belli işçiləri də ərazidən göturməyi unudub.
Maraqlıdır bunlar yola nəzarət edən işcilərdirlərsə niyə qaçırlar?

Hələ də bu məsləyə cavab tapmaq olmur.

Bəlkə "Azəravtoyol" bilər.
Sanki başqa qurumun əməkdaşlar zorla cəlb etmişdilər onlar da üzləri tanınmasına deyə qaçmışdılar..

 

 

Loading...

Oxşar Xəbərlər