HADİSƏ

36 yaşlı kişi şadlıq sarayında təmir zamanı faciəli şəkildə öldü

Şəxsin hündürlükdən yerə yıxılması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə "32gun.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 1988-ci il təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər