SOSIAL

“Titanik” Tofiqin işi məhkəmədə - SƏBƏB

Messenat Holdinq"in rəhbəri, “Titanik” Tofiq kimi tanınan İsayev Tofiq Həbib oğlu Osmanlı Sevinc Yunis qızını məhkəməyə verib. 

“Unikal”ın əldə etdiyi məlumata görə, məhkəmə prosesi fevral ayının 6-da Nəsimi Rayon Məhkəməsində hakim Vüsalə Musayevanın sədrliyi ilə keçiriləcək. Tofiq İsayevin məhkəməyə şikayət etməyinə səbəb müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.

Qeyd edək ki, Tofiq İsayev əslən İmişli rayonundan olan iş adamıdır. O, "Messenat Holdinq" MMC-nin faktiki rəhbəridir. Belə ki, "Messenat Holdinq" MMC-nin tərkibinə adları çəkilən 19 müəssisə – “Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC, “Bəhrəmtəpə-Çınqıl” ASC, “İmişli Dəmir Beton” ASC, “Muğan Su Elektrik Stansiyası” ASC, “Qaradağ” ASC“Arbitr-H.T.İ Konsaltinq” MMC, “Titanik” MMC, “Mühafizəçi” MMC, “Marka LTD” MMC, “Viləş-A.A” MMC, “Viləş-M.A” MMC, “Kommunal” MMC, “Aristokrat-İnşaat” MMC, “Həbibli-LTD” MMC, “GART” MMC, “RNT” MMC, “STR” MMC, “Hüquq” MTK, “Konserv Məhsulları İstehsalı” firmaları daxildir.

 

Loading...

Oxşar Xəbərlər