KRİMİNAL

Azərbaycanlı qız sevgilisi ilə birlikdə İstanbulda mağazaya basqın etdi - VİDEO

İstanbulda evlənməyə hazırlaşan cütlük zərgərlik mağazasına basqın edib. 

"Unikal" xəbər verir ki,  ailə qurmaq üçün pul tapa bilmədiklərini bəhanə edən cütlük Sultanqazidə silahla zərgəri soymağa cəhd edib. Şübhəlilər mağaza sahibi tərəfindən tutularaq polisə təhvil verilib.

Hadisə yerinə gələn polis qrupları soyğunçuları bölməyə aparıb. Məlum olub ki, hadisəni törətməkdə təqsirli bilinən xanım Azərbaycan vətəndaşıdır. Belə ki, 22 yaşlı  Öznur H. sevgilisi 26 yaşlı Enes E. ilə birlikdə mağazanı soymağa cəhd edib. 

Onlar barəsində cinayət işi açılıb.

 

Loading...

Oxşar Xəbərlər