KRİMİNAL

İtkin düşən Adilənin meyiti tapıldı - FOTOLAR

Ötən il Polşada itkin düşmüş azərbaycanlının meyiti tapılıb.

"32gun.az" xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Meyit Vroslavda, hərbi hissənin yaxınlığındakı Oder çayında aşkarlanıb.

Rutkovski Əməliyyat Bürosu onun ötən ilin 17 dekabr tarixində yoxa çıxmış Adilə Mehdiyeva olduğunu təsdiqləyib. 28 yaşlı qadınla birlikdə itkin düşən 2 aylıq körpəsi hələ tapılmayıb.

Bu barədə artıq onun ailəsinə məlumat verilib.

Qeyd edək ki, cari ilin əvvəlində məşhur detektiv Kşiştof Rutkovski azərbaycanlının axtarışlarına cəlb olunmuşdu.

Loading...

Oxşar Xəbərlər