HADİSƏ

ABŞ-də yaşayan daha bir həmyerlimiz ölüb

ABŞ-də yaşayan azərbaycanlı Ramil Mereev vəfat edib.

"32gun.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, Hyuston şəhərində yaşayan 37 yaşlı həmyerlimiz  müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mərhum ailəli olub, 10 və 8 yaşlarında 2 övladı var.

R.Mereevin cənazəsinin Azərbaycana göndərilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, bu günlərdə həmyerlimiz Şahbaz Abdurrahmanov yaşadığı Viskonsin ştatında intihar edib.

Loading...

Oxşar Xəbərlər