HADİSƏ

Zaqatalada 3 məktəblini maşın vurdu, ikisi öldü

Zaqatalada üç məktəblini avtomobil vurub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Göyəm kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Onların sinif yoldaşları, 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, 11 yaşlı məktəblilələr eyni sinfin şagirdləridir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.

Loading...

Oxşar Xəbərlər