SOSIAL

“Ferma və balıq evi Məmməd Alıyevə yox mənə məxsusdur” - Hikmət Əliyev (VİDEO)

Məsələ ilə bağlı xəbərdə adı keçən Hikmət Əliyev 32gun.az-ın redaksiyası ilə əlaqə saxlayaq bildirdi ki, sözügedən ferma və balıq evinin icra başçısının müavininə heç bir aidiyyatı yoxdur:

"Mən I Qarabağ döyüşlərinin Qazisiyəm. Uzun illərdir kənd təsərrüfatı, ferma işləri ilə məşğulam. 
Videoda göstərilən yerin Məmməd Alıyevə heç bir aidiyyatı yoxdur. Biz bu gün dövlətə və dövlətçiliyə xidmət edirik.

Bu vətən üçün döyüşdük. İndi də məqsədimiz bir sahibkar, fermer olaraq xalqın xidmətində olmaqdır.

Şükürlər olsun ki, cənab Ali Baş Komandan bu yöndə fermerlər, kənd təsərrüfatı işi ilə məşğul olanlar üçün  lazımi şəraiti yaradıb". 


****09.02.2024

İcra Başçısı Rəcəb Babaşovun müavini Məmməd Alıyevin çay hövzəsindəki ferması və BALIQ BİZNESİ - ŞOK İDDİA (VİDEO)

Oğluna 120 minlik maşın almaqla, bələdiyyə sədri olan baısı oğluna iki vəzifə verdirməklə adından söz etdirən Qazax rayon icra icra başçısının birinci müavini Məmməd Alıyevlə bağlı saytımıza daha bir məlumat və görüntülər daxil olub.
32gun.az
-ın redaksiyasına daxil olan məlumata görə, Rəcəb Babaşovun I müavini Qazaxda qaydaları növbət dəfə "çeynəyərək" çay hövzəsində böyük bir  "obyektr tikdirib. Belə ki, çay hövzəsi və selin qarşısında riskli ərazidə hər hansı bir tiklinin həyata keçirilməsi rəsmi olaraq izn verilmir. 

Redaksiyamıza daxil olan məlumata görə, Qazax - Ağstafaçay hövzəsi boyunca Cəfərli kəndinə doğru gedən yolun kənarında meşə zolağının içərisində böyük bir ərazi icra başçısının müavini tərəfindən zəbt edilib. 

Heyvandarlıqla məşğul olmaq üçün tikilmiş böyük yataq  yeri Hikmət adında I Qarabağ döyüşlərinin iştirikçısının adına rəsmiləşdirilib.  

Həmin şəxs də M.Alıyevin şərikdir.  Videoda da göstərilən ərazidə M.Alıyevin heyvanlarının saxlanılması üçün tikilib. Sözügedən tikili meşəni və çay kənarını zəbt edib. 

Digər zəbt edilən ərazidə isə Məmməd Alıyevə məxsus olan fermanın bir hissəsi yerləşir  və  orada həmçinin balıq biznesi ilə məşğul olunur. 

32gun.az-a daxil olan görüntünü təqdim edirik:

Qarşı tərəfin mövqeyini işıqlandıra bilərik...

Ayxan

 

 

Loading...

Oxşar Xəbərlər