DÜNYA 20 XƏBƏR

Putin ABŞ siyasətini əsassız təzyiq adlandırıb

SSRİ-nin dağılmasından sonra ABŞ Rusiyaya qarşı əsassız təzyiq siyasəti həyata keçirdi ki, bunun bir nümunəsi də Ukraynanın NATO - ya  sürüklənməsi idi.
32gun.az bildirir ki, Rusiya prezidenti Vladimir Putin bunu jurnalistin saytında dərc olunan Taker Karlsona müsahibəsində  deyib .

“NATO-nun genişlənməsi, Qafqazda separatçılara dəstək, raketdən müdafiə sisteminin yaradılması - bütün bunlar təzyiq elementləridir. Təzyiq, təzyiq, təzyiq. Sonra Ukrayna NATO-ya sürükləndi. Hamısı təzyiqdir, təzyiqdir. Niyə?" - Putin dedi.

Jurnalist Taker Karlson  fevralın 3-də Moskvaya gəlib . Onun Rusiyaya gəlişi Rusiya mətbuatında geniş işıqlandırılıb. Jurnalistin Moskva səfəri zamanı Putinlə müsahibənin lentə alınması Qərb mətbuatının diqqətini çəkib.

Fevralın 7-də məlum olub ki, Avropa İttifaqı Putinlə müsahibəsinə görə Karlsona qarşı sanksiyaları nəzərdən keçirə bilər .

Döyüş əməliyyatları başlayandan bəri Karlson ABŞ-ı Ukraynaya kömək etdiyinə görə fəal şəkildə tənqid edib və Rusiyayönlü mövqe tutaraq münaqişəni “ruslar öz sərhədlərində Amerika raketlərini görmək istəmirlər” deməklə izah edib.
Ayxan

Loading...

Oxşar Xəbərlər