KRİMİNAL

12 yaşlı uşaq bu səbəbdən intihar edibmiş - YENİLƏNİB

Gəncədə 12 yaşlı oğlanın intihar etməsinin ilkin səbəbi açıqlanıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Daşkörpü adlan ərazisində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.

2012-cü il təvəllüdlü A.Məmmədovun meyiti valideyinləri tərəfindən asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

İlkin məlumata görə, 12 yaşlı oğlanın valideyinləri telefonu onun əlindən alıb. Bu səbəbdən də o intihar edib.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.

 

***16:07

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bu gün günorta saatlarında yaşadığı evdə intihar edib.

"32gun.az" xəbər verir ki, bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb. 

Bildirilir ki, Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Loading...

Oxşar Xəbərlər