DÜNYA 20 XƏBƏR

“ABŞ-dan Kiyevə yardımın gecikməsi Avropa ölkələrindən yardımın artmasına səbəb oldu”

NATO Baş katibi Yens Stoltenberq hesab edir ki, ABŞ-ın Ukraynaya yardımının gecikməsi artıq ümumi yardım axınına təsir edib və bu, Avropa ölkələrindən və Kanadadan təchizatların artmasına gətirib çıxarıb. 
32gun.az xəbər verir ki, o, bu barədə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. 
"Əlbəttə ki, ABŞ-ın bu günə qədər həll yoluna gələ bilməməsi faktının ümumi yardım axını üçün nəticələri var. Bu, müəyyən dərəcədə Avropa NATO müttəfiqləri və Kanadanın artan yardımı ilə kompensasiya olunur.

Amma ABŞ - NATO-nun ən böyük ölkəsidir Buna görə də mən ümid etməkdə davam edirəm ki, Birləşmiş Ştatlar mümkün qədər tez qərar verə biləcək”, - o deyib.

Ayxan

Loading...

Oxşar Xəbərlər