DÜNYA 20 XƏBƏR

ŞOK OLAY: Yeniyetmələrdən DƏHŞƏTLİ ƏMƏL: Küçədən keçənləri çəkiclə hədə-qorxu gəlib, döyüb, sonra isə…

Volqoqradda çəkiclə hədələyərək yoldan keçənləri qarət edən 16-18 yaşlarında üç oğlan saxlanılıb.
32gun.az xəbər verir ki, bu barədə RF Baş Daxili İşlər İdarəsinin region üzrə mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bir qrup gəncin hücumuna məruz qalan 3 şəhər sakini polisə ifadə alıb, soyğunçular onları çəkiclə hədələyib, pul, telefon və qızıl-zinət əşyalarını oğurlayıblar.

Bir nəfər vəhşicəsinə döyülüb, bundan sonra o, əziklər və sınıqlarla xəstəxanaya aparılıb.
Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı şəhərin küçələrindən birində bu cinayətləri törətməkdə şübhəli bilinən şəxsləri saxlayıblar.

Onların üç yerli sakin olduğu ortaya çıxıb. Saxlanılanlardan yalnız biri yetkinlik yaşına çatıb.
Onlar yoldan keçənləri qarət edənlərin özləri olduqlarını etiraf ediblər.

Uşaqların sözlərinə görə, insanlardan alınan əşyalar lombarda aparılıb və pul xərclənib. Müstəntiqlər faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Soyğunçuluq” maddəsi ilə cinayət işi açıblar. İştirak edənlərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

Ayxan

Loading...

Oxşar Xəbərlər