İDMAN 20 XƏBƏR

Rusiya millisinin yeni forması internetə sızdırılıb

Rusiya milli futbol komandasının güman edilən yeni forması paylaşılıb .
32gun.az xəbər verir ki, bunubla paylaşım MASH Telegram kanalında edilib.

Bildirilir ki, milli komandanın avadanlıqları bundan sonra Almaniyanın “Adidas” şirkəti tərəfindən deyil, yerli “Jögel” brendi tərəfindən təmin ediləcək.

Vurğulanıb ki, yeni formanın əsas konsepti lələkləri uğur, şans və xoşbəxtlik gətirən Od quşunun obrazıdır. T-shirtlərdəki naxış mifik quşun tükündən gələn parıltıya bənzəyəcək. Mənbə həmçinin iddia edir ki, yeni avadanlıq Rusiya Futbol İttifaqı (RFU) tərəfindən VDNKh -da keçiriləcək “Rusiya” sərgisi və forumu çərçivəsində  təqdim olunacaq . Rusiyalı futbolçular mart ayında Serbiya və Paraqvay milliləri ilə yoldaşlıq oyunlarında meydana yeni formalarda çıxacaqlar . Oyunlar müvafiq olaraq martın 21 və 25-də Moskvada keçiriləcək  .

2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya milli komandasının, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. O vaxtdan milli komanda yalnız yoldaşlıq oyunları keçirib.

Ayxan

Loading...

Oxşar Xəbərlər